Neft qiymətləri dəyişib 

11:43 06.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dünya bazarlarında neft qiymətləri yenidən dəyişib.

Hafta.az xəbər verir ki, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2022-ci ilin iyun müqaviləsinin dəyəri 0,25% artaraq 1 barelə görə 106,91 dollar olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin mayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,02% azalaraq 101,94 dollar təşkil edib.